Xəbərlər
Azotla zəngin molekullar dərmana çevriləcək.
Okt 09, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 408 dəfə

Kimyaçılar üç azot atomlu (N-N-N) strukturu tərkibində saxlayan üzvi molekulların sintezi üçün “yaşıl” üsul tapıblar. Əvvəllər bir çox yan reaksiyalar səbəbindən belə bir quruluşun əldə edilməsi , çox səy tələb edirdi. Alimlər tərəfindən əldə edilən molekullar istiliyə davamlıdır və azot oksidi ayırmağa qadirdir ki, bu da onlardan yeni funksional materialların sintezində və trombozun müalicəsi üçün dərman preparatlarının sintezində istifadə etməyə imkan verir.

Hal-hazırda molekulları əldə etmək üçün elektrokimyəvi üzvi sintezdən, yəni elektrik cərəyanından istifadə edərək sintez etmək mümkündür. Bu üsul olduqca sadədir və sənayedəki kimya laboratoriyalarında   geniş yayılmışdır.Lakin, bir neçə azot atomu (N-N-N) olan molekulların elektrokimyəvi sintezi üçün  cərəyanla yanaşı  oksidləşdirici  və reduksiya edici  maddə də  tələb olunur. Oksidləşdirici maddə kimyaçıların sağlamlığı və ətraf mühit üçün kifayət qədər təhlükəli olduğundan N-N-N quruluşuna malik molekulların sintezindən daha təhlükəsiz bir üsul kəşf edilənə qədər imtina edildi.

Belə təhlükəsiz üsulu rus kimyaçıları üç azot atomundan ibarət struktura malik molekulların alınması üçün təklif ediblər. Müəlliflər öz işlərində elektrokimyəvi sintezin təkmilləşdirilmiş variantından istifadə ediblər. Bu yanaşma təkcə istənilən strukturu yaratmağa deyil, həm də ətraf mühitə və kimyaçılara minimal zərərlə bütün kimyəvi çevrilmələri həyata keçirməyə imkan verir. Tədqiqatçılar stressi azaltmağa və insan orqanizmində qan laxtalanmasına qarşı mübarizə aparmağa kömək edən azot oksidi buraxa bilən (N-N-N) rabitəsi  olan geniş çeşiddə istiliyə davamlı azot tərkibli birləşmələr istehsal ediblər. İndi farmakoloqlar müvafiq dərmanlar yaratmaq üçün bu üsulu öz laboratoriyalarında tətbiq edə biləcəklər.

Tədqiqat zamanı alimlər təkcə təklif olunan sintez metodunun deyil, həm də əldə etdikləri maddələrin təhlükəsizliyini yoxlayıblar. Məlum oldu ki, onlar 200°C-ə qədər isitməyə kifayət qədər davamlıdırlar. Bu, vacib bir detaldır, çünki bu molekulların  quruluşlarından görmək olar ki, onlar partlayıcıdır və həddindən artıq qızıb( partladıqları maksimum temperatur nə qədər yüksək olarsa), laboratoriyada və istehsalatda istifadə etmək bir o qədər təhlükəsiz olar.

Gələcəkdə  elektrokimyəvi sintez metodologiyasını qiymətli xassələri yüksək olan digər yüksək azotlu birləşmələrə qədər  genişləndirmək planlaşdırılır.

Rusiya Elm Fondunun (RSF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri “Green Chemistry” jurnalında dərc olunub.

https://rscf.ru/news/presidential-program/bogatye-azotom-molekuly-stanut--lekarstvom/

JURNALLAR
Faydalı linklər