Xəbərlər
Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar edilib
Okt 06, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 2151 dəfə

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb. O həmçinin Günəş sistemindəki obyektləri də rahatlıqla müşahidə edə bilir. Alimlər bu imkandan istifadə edərək Yupiterin peyki olan Avropanı müşahidə ediblər. Qeyd etmək lazımdır ki, Avropanın buzlaqlardan ibarət səthinin alt hissəsində nəhəng okeanın yerləşdiyi məlumdur. James Webb isə öz növbəsində Avropada bioloji həyat növünün mümkün mövcudluğunun qiymətləndirilməsi üçün vacib olan suallardan birinə cavab verib. Avropada karbon qazı varmı və əgər varsa onun mənbəyi nədir?

 Yupiterin peyki olan Avropanın James Webb-də olan NIRCam adlı yaxın infraqırmızı diapazon kamera və NIRSpec adlı spektrometr ilə müşahidəsi öz növbəsində donmuş şəkildə olan CO2 qazının yığıldığı yerləri aşkar etməkdə yardımçı olub. Aparılmış analizlər sayəsində məlum olub ki, buz şəklində olan CO2 qazı əsasən Avropanın iki sahəsində yığılıb. Söhbət, Tara və Povis adlı sahələrdən gedir. Tara, Povis və Avropadakı digər oxşar sahələr xaos adı ilə tanınan relyef növlərinə aiddirlər. Bu sahələr müəyyən səth strukturuna sahib deyillər.

Nəticədə bu sahələrin səthləri müxtəlif strukturlara sahibdirlər. Avropada bu cür sahələr səthin alt hissəsində yerləşən okeanın bu və ya digər üsul vasitəsilə xarici mühitlə kontakta girdiyi ərazilərdə yaranırlar. Alimlər də belə qənaətə gəliblər ki, Avropada karbonun mənbəyi məhz səthin alt hissəsində yerləşən okeandır. Okeanda isə CO2 qazı ya orqanik birləşmələrin parçalanmnası ya da digər kimyəvi proseslər nəticəsində yaranmış ola bilər. Hər halda bu, nə vaxtsa Avropadakı okeanda bioloji həyat növünün aşkarlanması şansını qat-qat yüksəldir. 

JURNALLAR
Faydalı linklər