Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Okt 05, 2023 | 15:49 / Konfranslar, iclaslar
Oxunub 2654 dəfə

05.10.2023-cü il tarixində ARETN-i akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 20-i (əyani formada) iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya kafedrası”nın sabiq dissertantı İsgəndərova Aynur Əbülfət qızının; ARETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Qurbanova Ülviyyə Maqsud qızının; ARETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Alışanlı Gülnar İlqar qızının və Gəncə Dövlət Universitetinin dissertantı Zeynalova Günel Samir qızının dissertasiya işlərinə rəsmi opponentlərin təyin edilməsi və işin yekun qərarını hazırlamaq üçün üç nəfərdən ibarət komissiyanın yaradılması məsələləri müzakirə edilmişdir. AMEA-nın həqiqi üzvü Adil Qəribov A.Ə.İsgəndərovanın, k.ü.f.d., dos. Hilal Tahirli Ü.M.Qurbanovanın, k.e.d., prof. Özbək Əliyev G.İ.Alışanlının və k.e.d., prof. İxtiyar Bəxtiyarlı G.S.Zeynalovanın işlərini təqdim etdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra açıq səsvermə ilə dissertasiya işlərinin ED 1.15 Dissertasiya Şurasında müzakirələrinin keçirilməsi qəbul edildi.

JURNALLAR
Faydalı linklər