Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarlarla birlikdə məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
Okt 05, 2023 | 09:56 / Konfranslar, iclaslar
Oxunub 2747 dəfə

AR Elm və Təhsil Nazirliyi akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarlarla birlikdə məqaləsi nüfuzlu xarici jurnalda çap olunub. İnstitutun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının əməkdaşları, k.e.d. Nizami Zeynalov, doktorant Aynurə Rzayeva, Fransa Monpelye Universitetinin alimləri prof.Valerie Guillard və Fanny Coffigniez, Nathalie Gontard in də həmmüəllifi olduğu “Integrating the latest biological advances in the key steps of a food packaging life cycle” adlı icmal məqaləsi PubMed, PubMed Central (PMC), Scopus, Google Scholar, DOAJ, CrossRef  nüfuzlu Beynəlxalq bazalara daxil olan Q1 kvartilli (İmpakt Faktoru 6,59)  “Frontiers in Nutrition” jurnalında çap olunub.  

Təqdim olunan məqalədə təhlükəsiz və səmərəli multi “bio” qida qablaşdırılmasının dizaynının axtarışı müzakirə edilir. Belə ki, qida qablaşdırmasının istehsal, istifadə, istifadədən sonrakı və uzunmüddətli statusa malik olan əsas mərhələlərini yaxşılaşdırmaq üçün bioloji sahədə ən son elmi və texnoloji nailiyyətlərin inteqrasiya potensialına diqqət yetirilir. Əksər hallarda təbii şəraitdə bioloji parçalanan, təkrar istifadə oluna bilən və nəhayət, davamlı plastik kütlələrin ətraf mühitə mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmaq qabiliyyəti göstərən,bu cür multi-bioloji qida qablaşdırmasının tematik tədqiqi göstərilir. Bu, qida itkisini və tullantıları azaltmaq üçün onun istifadəsini artırmaqla bioaktiv komponentlərlə aktivləşdirilmiş, qeyri-ərzaq mənbələrdən mikrobioloji yolla istehsal olunan PHA (polihidroksialkanoatlar) polimerlər əsasında nümayiş etdirilır. Araşdırmalar göstərir ki, aktiv antimikrob preparatlar qidanın qorunmasına kömək etməklə yanaşı, polimerin maksimal biodeqradasiya sürətini azalda bilər. Eyni zamanda, bu icmalda optimallaşdırılmış, təhlükəsiz və səmərəli aktiv qida məhsullarının qablaşdırmasının hazırlanmasına kömək edə biləcək üsullar (örtüklər, nanoinkapsullaşdırılma), və mexanizmlər də (məsələn, ayrılma kinetikası) təqdim olunur. 

Aynura Rzayeva, Fanny Coffigniez, Nizami Zeynalov, Nathalie Gontard and Valerie Guillard. Integrating the latest biological advances in the key steps of a food packaging life cycle. Frontiers in Nutrition, 2023. Vol. 10, p. 1-16.

Art. ID 10:1223638.

DOI: 10.3389/fnut.2023.1223638

https://www.researchgate.net/publication/372231127

JURNALLAR
Faydalı linklər