Xəbərlər
Foto
İnstitutumuzun gənc alimi Horizon Avropa düşərgəsində iştirak edib
Okt 03, 2023 | 10:19 / Konfranslar, iclaslar
Oxunub 2121 dəfə

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Bakıda “Horizon Avropa” həftəsi keçirilmişdir. AK-nın Avstriyadan olan eksperti Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən tədbirin ilk günündə Horizon Avropa Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri üçün 1 günlük təlim keçirilmişdir.
Proqram çərçivəsində növbəti günlərdə bir sıra nazirlik, elmi-tədqiqat institutları və ali təhsil müəssisələrini təmsil edən alim və mütəxəssislərin qatıldığı “Horizon Avropa təklif yazma düşərgəsində” İnstitutumuzun gənc alimi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev də iştirak etmişdir. İki gün müddətində davam edən təlimlərdə iştirakçılara Avropa Komissiyasının elan etdiyi qrant layihələri və ona müraciət prosedurları barəsində məruzələr oxunmuşdur. Daha sonra komandaqurma, layihələrin birgə hazırlanması və idarə edilməsinə, büdcə hesabatlılığına dair praktiki təlimlər baş tutmuş və iştirakçılar tərəfindən komanda şəklində şərti layihələr hazırlanmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Düşərgənin bağlanış mərasimində çıxış edən Elmir Babayev beynəlxalq layihələrə müraciət və dünya elminə inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. Elmir Babayev çıxışında təlimdə mənimsənilmiş məlumatların, xüsusilə gənc tədqiqatçıların gələcək elmi fəaliyyətinə önəmli olacaq təsirindən bəhs etmişdir. Sonda gənc alim tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş və İnstitutumuzda da Horizon Avropa məlumat sessiyalarının keçirilməsi arzusunu diqqətə çatdırmışdır.

JURNALLAR
Faydalı linklər