Xəbərlər
Hidrogen peroksidin bu qaydada istifadəsi ölümə səbəb ola bilər
Sen 25, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 2505 dəfə

Yüksək dozada hidrogen peroksid insan sağlamlığında problemlər yarada bilər və həmçinin xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilər.
Bu barədə sentyabrın 22-də "Annals of Emergency Medicine" tibb jurnalında dərc olunan məqalədə deyilir.
Məqalədə, həmçinin bildirilir ki, bu maddə insult, əlillik və digər ağır xəstəliklərə gətirib çıxara bilər. Tədqiqata əsasən, hidrogen peroksidin venadaxili və peroral istifadəsi ABŞ-nin Qida və Dərman Agentliyi (FDA) tərəfindən tövsiyə edilmir.
Hidrogen peroksid irinli yaraların, kapilyar qanaxma sahələrinin yerli dezinfeksiyası, stomatit, angina və ginekoloji xəstəliklər zamanı xarici dezinfeksiya üçün istifadə olunur.
Bununla belə, maddə daxilə üç millilitrdən çox olaraq qəbul edildikdə ölümlə nəticələnə bilər.

JURNALLAR
Faydalı linklər