Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirildi.
Sen 21, 2023 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 3199 dəfə

21 sentyabr 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi ilə keçirilən elmi seminarda Gəncə Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertantı Zeynalova Günel Samir qızınınBi-Bi2Se3-Bi2Te3 sistemində topoloji izolyator xassəli  fazaların alınması və fiziki-kimyəvi tədqiqi”  mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta elmi seminarın üzvləri və dəvət olunmuş digər  iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər