Xəbərlər
Bu il Nobel mükafatlarının elan olunacağı tarixlər açıqlanıb
Sen 06, 2023 | 12:38 / Maraqlı məlumatlar
Oxunub 579 dəfə

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixlərində baş tutacaq.

Ümumilikdə 6 mükafatın veriləcəyi həftədə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi oktyabrın 2-də, Fizika üzrə oktyabrın 3-də, Kimya üzrə oktyabrın 4-də, Ədəbiyyat üzrə oktyabrın 5-də, Sülh nominasiyası üzrə oktyabrın 6-da, İqtisadiyyat üzrə isə oktyabrın 9-da elan olunacaq.

Qeyd edək ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, Sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

JURNALLAR
Faydalı linklər