Xəbərlər
Alimlər mikroplastikin orqanizmə təsirini müşahidə ediblər
Sen 05, 2023 | 09:54 / Maraqlı məlumatlar
Oxunub 547 dəfə

Rod-Aylend Universitetinin alimləri mikroplastikin məməlilərin koqnitiv funksiyalarına necə təsir göstərdiyini qiymətləndiriblər. Məlum olub ki, 21-ci əsrin əsas tullantısı hesab edilən mikroplastik beyindəki GFAP adlı zülalı basdırır. Bu isə zamanından tez Altsheymer xəstəliyi və depressiya da daxil olmaqla neyrodegenerativ xəstəliklərə səbəb olur. Aparılmış təcrübə çərçivəsində alimlər cavan və yaşlı siçanları 3 həftə ərzində içməli suyun tərkibində müxtəlif səviyyəli mikroplastikin təsirinə məruz qoyublar.

Onlar aşkar ediblər ki, mikroplastikin təsiri öz növbəsində siçanların özlərindəki davranış və onların qaraciyər ilə beyin toxumalarındakı immun markerlərinin dəyişikliklərinə səbəb olub. Alimlər siçanlarda insanlardakı demensiyaya bənzər davranışları və hərəkətləri müşahidə ediblər. Daha yaşlı siçanlarda bu cür effektlər daha çox nəzərə çarpıb. Siçanların yarılması zamanı məlum olub ki, mikroplastik beyin də daxil olmaqla bütün orqanlarda yığılıb. Başqa sözlə desək, mikroplastik hissəciklər hematoensefalik baryer vasitəsilə virus və bakteriyalardan qorunan beyin toxumasına daxil ola biliblər. Bu isə öz növbəsində beyində olan GFAP adlı zülalın səviyyəsinə təsir göstərib. Sözügedən zülal beyindəki müxtəlif hüceyrə proseslərini dəstəkləyir.

technote.az

JURNALLAR
Faydalı linklər