Xəbərlər
Yaponiyalı alimlər yeni hava batareyaları yaradıblar
Avg 07, 2023 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 4877 dəfə

Yapon tədqiqatçılar mənfi elektrod üçün aktiv üzvi molekullardan və bərk keçirici polimerdən istifadə edərək təkmilləşdirilmiş performans və davamlılıq nümayiş etdirən, tam bərk vəziyyyətdə olub təkrar doldurula bilən hava batereyası SSAB-ı işləyib hazırlayıblar.

Bu innovativ yanaşma elektronikada bateryanın ömrünü artırmaq və karbon istehsalını azaltmaq üçün əzəvedilməz rol oynayacaq.

Waseda Universitetinin alimləri qeyd edirlər ki, bu növ batereyada benzokinon əsaslı mənfi elektrodlardan istifadə olunur, bu elektrodlar da öz növbəsində daxili olduğu cihazı uzunmüddətli istifadəyə yararlı edir. Ənənəvi batereyalarda mənfi elektrodlar aktiv metal kimi xidmət edirdi. İndiki halda batereya mənfi elektrodlar azaldığı halda xinon və amin əsaslı birləşmələr hesabına onları təkrar istehsal edə bilir və bu cihazın ömrünü artırır.

Waseda Universitetindən professor Kenichi Oyaizu bildirir ki, batereyalar hələ ki arzuolunan səviyyəyə çatdırılmayıb. Bunun ən böyük səbəbi üzvi molekulların istifadəsi ilə bağlı problemlərdir ki, hazırda tədqiqat bu istiqamətdə davam etdirilir.

AzərTac

JURNALLAR
Faydalı linklər