Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Beynəlxalq Simpoziumda iştirak etmişdir.
İyl 19, 2023 | 11:50 / Konfranslar, iclaslar
Oxunub 1495 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova 9-13 iyul 2023-cü il tarixində Belçikanın Louvain-la-Neuve şəhərində UCLouvain Universitetində keçirilmiş “13thİnternational Symposium - Scientific Bases for the preparation of Heterogeneous Catalysts” (PREPA13) beynəlxalq simpoziumda iştirak etmiş, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun HORİZON 2020 proqramı çərçivəsində Belçika, Almaniya, Niderland, İngiltərə, Fransa və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of the complexing agent - precursor on the activity of MnNaW/SiO2 catalysts for the oxidative conversion of methane” məruzəsi ilə çıxış etmiş, forum müddətində Avropanın forumda iştirak edən bir sıra aparıcı üniversitetlərinin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparmışdır.

JURNALLAR
Faydalı linklər