Xəbərlər
“Applied and Computational Mathematics” elmi jurnalının təsir əmsalı yüksəlib
İyl 04, 2023 | 14:28 / Mühüm hadisələr
Oxunub 549 dəfə

“Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin bu günlərdə açıqlanan hesabatına əsasən, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun “Web of Science” bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.722-dən 3.8-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 2.4 təşkil edir.

Jurnal “Riyaziyyat” kateqoriyası üzrə “Web of Science” bazasında indekslənən 329 beynəlxalq nəşr arasında 8-ci yerdə və “Tətbiqi riyaziyyat“ kateqoriyası üzrə 267 beynəlxalq nəşr arasında 16-cı yerdə qərarlaşıb.

2010-cu ildən başlayaraq ingilis dilində nəşr olunan jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələri üzrə elmi məqalələr dərc edilir. Jurnalın redaksiya heyətinə dünyanın 18 ölkəsindən 48 tanınmış alim daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayımlanır. Jurnalın indiyə qədər nəşr olunmuş 27 nömrəsində 270-dən artıq məqalə dərc edilib.

Nəşrin baş redaktoru Bakı Dövlət Universtitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir.

Qeyd edək ki, 2015-ci ildə jurnal “Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index” və 2020-ci ildə isə “Science Citation Index Expanded” bazasına daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.

JURNALLAR
Faydalı linklər