Xəbərlər
Foto
Akademik Murtuza Nağıyevin ömür kitabından səhifələr
Mart 14, 2017 | 11:00 / Görüşlər
Oxunub 4284 dəfə

Azərbaycan televiziyasının Mədəniyyət kanalında dünya şöhrətli alim, akademik Murtuza Nağıyevin həyatı və elmi fəaliyyəti haqqında “Zamanı qabaqlayan alim” adlı verliş yayımlanmışdır.

Verilişdə mərhumun oğlu AMEA-nın vitse prezidenti, akademik Tofiq Nağıyev, AMEA-nın  vitse prezidenti,  akademik Dilqəm Tağıyev, akademik Məhərrəm Məmmədyarov, AMEA-nın müxbir üzvü Əjdər Məcidov, professor Qəhrəman Məmmədyarov, kimya elmləri doktoru Nəhməd Əli-zadə və kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova iştirak etmişlər.

İştirakçılar Azərbaycan elminin şöhrətini yüksəklərə qaldıran, dünyada tanıtdıran alimlərin arasında akademik Murtuza Nağıyevin xüsusi yeri olduğunu vurğulamış, Azərbaycanda neft kimyasının inkişafında iki giqant şəxsiyyətin – Yusif Məmmədəliyev və Murtuza Nağıyevin olduğunu qeyd etmişlər.  Verilişdə, alimin Azərbaycanda neft kimyasının texnologiyasının yaradılması sahəsində əldə etdiyi böyük nailiyyətlərindən bəhs edilmiş və iştirakçılar alim haqqında öz təəssüratlarını danışmışlar. 

JURNALLAR
Faydalı linklər