Xəbərlər
Foto
Gənc tədqiqatçı Tayvan Milli Tsinq Hua Universitetində elmi ezamiyyətdədir.
İyn 08, 2016 | 12:00 / Mühüm hadisələr
Oxunub 2756 dəfə

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentinə uzun müddətli elmi ezamiyyətə göndərilmişdir. Ezamiyyət müddətində o, biotexnologiya, polimer kimyası və hüceyrə- gen mühəndisliyi sahəsində yüksək ixtisaslaşmış Tayvanlı professor İ-Minq Çunun rəhbərlik etdiyi departamentdə antibakterial xassəli polietilenqlikol-polipeptid əsaslı (α-helix və β-sheet ikinci quruluşa malik) temperatura həssas hidrogellərin sintezi və  onların struktur quruluşlarının müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə (skanedici elektron mikroskop, tunel elektron mikroskop, dinamik işıq səpilməsi, gel-nüfuzetmə xromatoqrafiya, nüvə-maqnit rezonansı spektroskopiyası və s. bioloji testlər) tədqiqi ilə məşğul olacaq. Həmçinin, sintez olunmuş temperatura həssas hidrogelə xərçəng xəstəliyinə qarşı istifadə olunan doksorubisin antibiotikinin kapsullaşdırılması ilə canlı toxumalarda daşınması və uzun müddətli ayrılması prosesinin farmakoloji xüsusiyyətləri in vivoin vitro şəraitdə araşdırılacaqdır. Bu işlərin yerinə yetirilməsində məqsəd hazırda dünyada xərcəng əleyhinə geniş istifadə olunan doksorubisin antibiotikinin digər saglam orqanlara toksiki təsirini minimuma endirməklə lokal təsir formasına malik yeni polimer əsaslı kompozitin alınmasından ibarətdir. 

JURNALLAR
Faydalı linklər