Xəbərlər
REA SKJ-nun tədqiqatçıları “nanogillərin” bioloji aktivliyini tənzimləməyi öyrəniblər.
İyn 21, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 510 dəfə

Məsaməli alüminosilikatlar bakteriyaları, virusları, allergenləri, ağır metalları udmaq qabiliyyətinə malik materiallardır və beləliklə də  insan orqanizmini təmizləməyə kömək edir. Lakin təbii alüminosilikatlar hüceyrələr üçün toksik ola bilər və buna görə də onların tibbdə istifadəsi məhduddur. Kimyaçılar süni laylı silikatlarını (“nanogillər”) təbiətəbənzər texnologiyalardan istifadə edərək istehsal etməklə xassələrini idarə etməyi öyrəniblər – belə ki, alüminiumun miqdarını  və sintez vaxtını azaltmaqla materialların toksikliyini  azaltmağa nail olublar.

Alüminosilikatlar təbiətdə gil mineralları şəklində geniş yayılmışdır. Belə maddələrə misal olaraq təbəqələri arasındakı məsafəni dəyişdirməyə və bununla da həm üzvi, həm də qeyri-üzvi birləşmələri uda bilən  məsaməli material olan montmorilloniti göstərmək olar. Nəticədə montmorillonitdən bədəndən allergen, bakteriya və virusların çıxarılması, qan və mədə-bağırsaq traktını zərərli maddələrdən təmizləmək üçün istifadə edilə bilər. Bununla belə, təbii minerallarda  qarışığın və nəzarətsiz kimyəvi tərkibin olması ilə əlaqəli toksikliyin olmasına səbəb olur, bu isə onların tibbdə istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Ona  görə də, onların əvəzinə, toksikliyi potensial olaraq azaldıla bilən süni analoqlar aktiv şəkildə sintez olunur.

Rusiya Elmlər Akademiyasının İ.V.Qrebenşikov adına Silikat Kimyası İnstitutunun alimləri alüminium oksidin (Al2O3)  0-dan 22%-ə qədər müxtəlif tərkibli sintetik montmorillonitdə toksikliyin necə baş verdiyini dəqiq müəyyənləşdirmək qərarına gəliblər. Müəlliflər nümunələri hidrotermal şəraitdə, yəni yüksək temperatur və təzyiqlərdə sulu məhlullarda sintez ediblər. Müəlliflər nümunələrin alüminium tərkibinin, hissəcik ölçüsünün, məsaməliliyinin və səth yükünün onların xassələrinə necə təsir etdiyini araşdırıblar.

Testlər göstərdi ki, sintetik “nanokillər” təbii gillərin bütün üstünlüklərinə malikdir, yəni maddələri və nəmi aktiv şəkildə mənimsəyirlər. Müəlliflər həmçinin alüminosilikatların qırmızı qan hüceyrələrinə və qan damarlarının daxili səthini döşəyən endotel hüceyrələrə təsirini qiymətləndirmişlər və nəticədə isə "nanogillərin" qanın  təmizlənməsi üçün  tətbiq oluna bilməsi qərarına gəldilər. Əgər hüceyrələr çoxlu sayda zədələnərsə və qan dövranına daxil olarsa, bu, xüsusilə ağır vəziyyətdə olan xəstələr üçün ölümcül ola bilən hemoglobin və böyrək çatışmazlığı ilə böyrək borularının tıxanması ilə nəticələnə bilər. Məlum olub ki, nümunələrdə alüminiumun miqdarı   nə qədər çox olarsa, bir o qədər çox hüceyrə məhv olar. Ancaq, aluminosilikatların hüceyrələrə toksik təsirinin mexanizmləri gələcəkdə  öyrənilməlidir.

Sonra alimlər təklif etdilər ki, alüminosilikatların toksikliyini sintez şəraitini və vaxtını dəyişdirməklə azaltmaq olar.  Müəlliflər materialları daha yüksək temperaturda əlavə olaraq közərtdilər , lakin onların toksikliyi dəyişmədi. Tədqiqatçılar daha sonra sintez müddətini iki gündən on günə qədər  artırdılar: bu cür nümunələrin hemolitik aktivliyi və ümumi toksikliyi əhəmiyyətli dərəcədə artdı. Beləliklə, alimlər müəyyən etdilər ki, alüminosilikat nanohissəciklərinin toksikliyini onların sintez şəraitinin  və kimyəvi tərkibin  düzgün seçilməsi ilə əhəmiyyətli dərəcədə azaltmaq olar ki, bu da onlardan tibbdə istifadə etməyə imkan verir.

Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Nanomaterials jurnalında dərc olunub.

rscf.ru

JURNALLAR
Faydalı linklər