Xəbərlər
Foto
“Elmi nəşrlərdə etik normalar” mövzusunda keçirilmiş seminarda Gənc Alim və Mütəxəssislər Şurasinin üzvü iştirak etmişdir.
İyn 19, 2023 | 14:26 / Konfranslar, iclaslar
Oxunub 2442 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 1 saylı laboratoriyasının elmi işçi Günel Əzimova 16 iyun 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı tərəfindən Mərkəzi Elmi Kitabxanada “Elmi nəşrlərdə etik normalar” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Seminar “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun təqdimatında baş tutmuşdur. O bildirib ki, bu il 1-3 iyun tarixlərində İstanbulda keçirilmiş EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” konfransının əsas mövzularından biri məhz elmi nəşrlərin etikasına dair olmuşdur.

Məruzəçi müəlliflərə, istinadlara, təşəkkürə və icazəyə dair etik yanaşmalardan danışıb, etik normaların qorunmasında müəlliflərin, redaktorların, rəyçilərin və naşirlərin öhdəliklərini izah edib, həmçinin bir sıra beynəlxalq təşkilatların bu sahəyə dair standartlar və tövsiyyələrini slayd əsasında nümunələrlə təqdim edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

 

JURNALLAR
Faydalı linklər