Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübələri keçən 4-cü kurs bakalavrları və I,II kurs magistrları sertifikat aldılar
İyn 14, 2023 | 11:46 / Təhsil
Oxunub 1256 dəfə

İstitutun  icraçı  direktoru  AMEA-nın müxbir üzvü  Məhəmməd Babanlı Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində müştə­rək fəaliyyət  göstərən Fransanın Strasburq Universitetinin “Kimya mühən­disliyi” ixtisası  üzrə 4-cü kurs bakalavrları və I,II kurs magistrları ilə görüş keçirdi. Görüşdə Məhəmməd Babanlı 2022/2023-cü tədris ilinin yekununda tədris proqramına əsasən 27.03.2023-cü il tarixindən başlayaraq minimum 8 həftə müddətində, həftədə 5 gün olmaqla İnstitutun laboratoriyalarında 16.02.23-ci il tarixdən 13.06.23-cü il tarixədək istehsalat  təcrü­bə­ləri  keçən tələbələrdən laboratoriyalarda hansı tədqiqat işləri ilə tanış olduqlarını və onlar üçün daha maraqlı olan təcrübələr haqqında fikirlərini soruşaraq bu istehsalat təcrübəsinin gələcəkdə onlar üçün vacib olduğunu nəzərə çatdırdı.

İstehsalat  təcrü­bə­ləri  keçən tələbələr aparılan işlər haqqında geniş  məlumat verdilər. Məhəmməd Babanlı tələbələrə təhsildə uğurlar arzuladı və İnstitutun laboratoriyalarında istehsalat təcrübəsi keçdikləri ilə əlaqədar olara sertifikatlar təqdım etdi.  

JURNALLAR
Faydalı linklər