Xəbərlər
İldırım düşən yerdə əmələ gələn yeni mineralın kəşfi.
May 19, 2023 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 484 dəfə

Yerə ildırım vurduqda o qədər enerji əmələ gəlir ki, yoluna çıxan materialları (torpaq, qum, daşlar və üzvi tullantılar) əridir və ya hətta buxarlandırır. O, fulquritlər adlanan şüşə və yaxud əridilmiş materialdan borular əmələ gətirir. 2012-ci ilin yayında ildırımdan sonra əmələ gələn bu “ildırım daşlaşmalarından” biri geoloqlar tərəfindən diqqətlə araşdırılıb. Onlar orada əvvəllər məlum olmayan mineral tapıblar. Fulqurit Florida ştatının New Port Richey şəhərində tapılıb. Onu 2012-ci ilin yayında qasırğadan sonra öz  torpaq sahəsində tapan şəxslərdən əldə ediblər. Tədqiqatçılar Communications Earth & Environment jurnalında bildirirlər ki, uzunluğu təxminən 7 sm və eni 2 sm, çəkisi 500 qram olan fulqurit əsasən kvars qumu və gildən ibarət qismən drenaj edilmiş qumlu torpaqda əmələ gəlib. O, II tip fulquritdir, mərkəzi boşluğu əhatə edən  iri, şüşəvari divara malikdir. Rəngi ​​ağdan tünd boz rəngə qədər dəyişir.

Cənubi Florida Universitetindən geofizik  Metyu Pasek və onun həmkarları fulquritin şüşəvari matrisinə daxil edilmiş tutqun boz metal parıltılı materialdan ibarət  və diametri təxminən bir santimetr olan böyük kürəciklərin mövcudluğunu müşahidə etdilər. Bu kürəciklər təxminən 5 q/sm3 sıxlığa malikdir və maqnit tərəfindən cəzb edilmir. Metyu Pasek açıqlamasında "Biz bu materialın Yer kürəsində heç vaxt təbii şəkildə rast gəldiyini görməmişik. Oxşar minerallar meteoritlərdə və kosmosda aşkar edilir, lakin biz heç bir yerdə belə material görməmişik" deyib.

https://new-science.ru/otkrytie-novogo-minerala-poluchennogo-s-pomoshhju-molnii/

 

JURNALLAR
Faydalı linklər