Xəbərlər
Rusiya alimləri təmiz titandan daha möhkəm olan yeni “ərinti”ni işləyib hazırlayıblar
Mart 13, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2930 dəfə

Jerobtsov və onun əməkdaşları titan və titanla borun birləşməsi əsasında xüsusi birləşmə yaratdılar. Bu birləşmə adi “ərinti” deyil, quruluşu ilə metallik “arı şanını” və ya mozaikanı xatırladan xüsusi kompozit materialdır.  Alimlərin izah etdiyi kimi bu materialın komponenetləri müxtəlif funksiyalar yerinə yetirirdi və xüsusilə, metallik “arı şanının” divarları daha davamlı və bərk material olan titan boriddən ibarətdir. Aralarındakı boşluqlar isə bor və titan birləşmələrdən daha yumşaq və elastik olan adi titanla doldurulmuşdur. Bu “arı şanı” ilə təcrübə zamanı məqalənin müəllifləri titan və titan boridin bütün müsbət cəhətlərini hansı yolla saxlayacaqlarını başa düşdülər.

Göründüyü kimi təxminən 10000C –də titan və titan duboridin toz qarışığını qızdırıb bitişdirməklə bu “arı şanı” əsasında çox möhkəm və eyni zamanda elastik material almaq olar.

Bu şəraitdə quruluşlarında çat olmadan titan borid matrisalarını deformasiya və emal etmək olar.

JURNALLAR
Faydalı linklər