Xəbərlər
Mariya Składovskaya Küri (1867-1934)
May 16, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 481 dəfə

Tanınır: Radioaktiv izotopları ayırmaqla polonium və radium kəşf edilmişdir.

Ən yüksək mükafatlar : Fizika (1903) və kimya (1911) üzrə Nobel mükafatı.

Mariya  Küri orta təhsilini yerli məktəblərdə, bəzi elmi təhsili isə atasından almışdır. Onun əri Pyer Küri ilə ilk təcrübələri az təchiz olunmuş laboratoriyada və çətin şəraitdə aparırdi. Tədqiqat aparmaqla yanaşı, onlar dolanmaq üçün tələbələrə dərs deyirdilər.

19-cu əsrin sonunda Mariya  Küri radioaktiv qalıqlardan kifayət qədər radium ayırmaq texnikasını icad etdi. Bu, ona həmin elementin müalicəvi xüsusiyyətlərini ətraflı öyrənməyə imkan verdi.

Onun işi bir çox elmi jurnallarda işıqlandırılıb və o, bir çox fəxri elmi və hüququ dərəcələri alıb. eləcə də dünyanın müxtəlif yerlərində olan qurumların fəxri üzvü seçilib.

1903-cü ildə "radioaktivlik" nəzəriyyəsini inkişaf etdirdiklərinə görə Mariya  Küri və əri fizika üzrə Nobel mükafatına layiq görüldülər. 1911-ci ildə Mariya  Küri  iki radioaktiv elementin : polonium və radiumun  kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Mariya  Küri Nobel mükafatı alan və iki fərqli sahədə mükafat qazanan ilk qadın idi. O, kəşfini patentləşdirmədiyi üçün yeni yaranan radium biznes  işindən çox az gəlir əldə etdi.

Birinci Dünya Müharibəsi zamanı Küri cəbhədə  yaralananların diaqnostikasında istifadə oluna bilən mobil rentgen aparatları üçün texnologiya hazırladı. Petits Curies kimi tanınan bu çihazlar, bu gün flüoroskopiya aparatlarında istifadə edilənlərə bənzəyir və həkimlərə orqanizmdə udma hərəkətlərini  və ya ürəyin nasos funksiyası kimi bədəndəki hərəkət  təsvirlərini  təhlil etməyə imkan verir.

JURNALLAR
Faydalı linklər