Xəbərlər
Microsoft termonüvə reaktorunun hazırlanmasını sifariş edib
May 15, 2023 | 10:37 / Maraqlı məlumatlar
Oxunub 498 dəfə

Microsoft Helion Energy adlı şirkət ilə müqavilə bağlayıb. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Helion Energy şirkəti 2028-ci ilə kimi Microsoft üçün kommersiya məqsədli işlək termonüvə reaktoru hazırlamalıdır. Qeyd etmək lazımdır ki, idarə olunan termonüvə sintezi reaksiyası artıq uzun illərdir ki, alimlərin arzuladıqları bir nailiyyətdir. Söhbət, ekoloji təmiz sonsuz enerji mənbəyindən gedir. Helion Energy-nin fikrincə o həqiqətən də 2028-ci ilə qədər bu cür termonüvə reaktorunu hazırlaya biləcək. Müqaviləyə əsasən hazırlanacaq termonüvə reaktoru minimum 50 meqavatt elektrik enerjisi istehsal etməlidir.

Tapşırıq olduqca qəlizdir. Alimlərin ən optimistik proqnozlarına əsasən termonüvə əsaslı elektrostansiyalar ən yaxşı halda ya bu onilliyin sonunda ya da növbəti onilliklərdə istifadəyə veriləcəklər. Helion Energy-nin uğuru şirkətin qısa müddət ərzində texnoloji sıçrayışa nail olub-olmayacağından asılıdır. Bunun olacağı halda şirkət daha sonra texnologiyanı bazarda təqdim etməli və digər enerji mənbələri ilə müqayisədə onu qiymət baxımından rəqabətcil hala gətirməlidir. Təbii ki, təyin edilmiş müəyyən məqsədlərin 2028-ci ilə kimi yerinə yetirilmədiyi halda şirkətə qarşı maliyyə sanksiyaları tətbiq ediləcək.

technote.az

JURNALLAR
Faydalı linklər