Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişlər.
May 10, 2023 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 1245 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (AMEA-nın müxbir üzvü M.Babanlı, k.e.d. - A.Əfəndi, İ.Bəxtiyarlı, İ.Əliyev, A.Əliyev, Z.Ağayeva,k.ü.f.d. - S.İmaməliyeva, S. Osmanova, V. Məcidzadə və başqaları 5-6 may 2023-cü il tarixlərində Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransında iştirak etmişlər. 

Konfransın bölmə iclasında institutun əməkdaşları Vüsalə Məcidzadə “Suyun elektrolizi üçün Ni-əsaslı elektrokatalizatorlar” və Sevinc Osmanova “Fe, Co, La, Bi əsaslı oksid sistemlər: quruluşu və katalitik xüsusiyyətləri” mövzularında maraqlı məruzələrlə çıxış etmiş, dinləyicilərin suallarını cavablandırmışlar.

Həmçinin, institutun elmi işçiləri Sevinc Bayramova “Исследование адсорбционных свойств полифункциональных сорбентов на основе природных алюмосиликатов” və Leyla Abdullayeva «Экологические особенности природных алюмосиликатов» adlı mövzuları ilə həmin konfransda çıxış etmişdilər. Gənc alimlər laboratoriyada bu istiqamətdə  apardıqları tədqiqat işləri barədə geniş məlumat vermiş və alınmış yeni nəticələri konfrans iştirakçılarına çatdırmışdılar.

JURNALLAR
Faydalı linklər