Xəbərlər
Doroti Hodjkin (1910 - 1994)
May 08, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 459 dəfə

Tanınır: rentgen kristalloqrafiyasının işlənib hazırlanması və  insulinin strukturunun təyini

Ən yüksək mükafat: Kimya üzrə Nobel mükafatı (1964),

M. V. Lomonosov  adına Qızıl medal. (1982).

Səxavətli, təvazökar və çalışqan Doroti Hodjkin 50 illik karyerası boyunca kristalların atom və molekulyar quruluşunu müəyyən etmək üçün rentgen kristalloqrafiyasını inkişaf etdirməyə onilliklər sərf etdi.

Nyunhem Kollecində doktorluq dissertasiyası üzərində işləyərkən o, zülalların strukturunu təyin etmək üçün rentgen kristalloqrafiya üsulları ilə tanış oldu. O, John Desmond Bernalın rəhbərliyi altında çalışıb. O, steroid kristallarının kristalloqrafik tədqiqinə görə 1937-ci ildə fəlsəfə doktoru dərəcəsini almışdır. O vaxtdan  etibarən bioloji əhəmiyyətli birləşmələrin quruluşunu deşifrə etmək onun həyatının vacib  məsələsinə  çevrilmişdir.

1945-ci ildə Hodjkin steroid olan xolesteril yodidin ilk üçölçülü quruluşu olduğunu öz məqaləsində  bildirdi. Elə həmin il o, pensilinin strukturunu aşkar edərək (o vaxt lar olan elmi fikrin əksinə olaraq) onun β-laktam halqasından ibarət olduğunu sübut etdi.

1948-ci ildə Hodjkin B12 vitaminini öyrənir və onun strukturunun rentgen kristalloqrafiyası ilə müəyyən edilə biləcəyini başa düşür. O, rentgen şüalarının difraksiya təsvirini öyrənmək üçün, geniş hesablamalar və dəqiq analiz apararaq  illərlə  işləmişdir.

1955-ci ildə  o, B12 vitamininin mürəkkəb  quruluşa malik olduğunu  müəyyən etdi. Bu işə görə Hodjkin 1964-cü ildə kimya üzrə Nobel mükafatına layiq görüldü.

https://new-science.ru/13-znamenityh-himikov-i-ih-vklad-v-razvitie-nauki/

JURNALLAR
Faydalı linklər