Xəbərlər
Bakteriyanı məhv etmək üçün hibrid anticisim sintez edilib
Apr 28, 2023 | 10:07 / Maraqlı məlumatlar
Oxunub 510 dəfə

Alimlər antibiotiklərlə müalicə olunmayan qızılı stafilokok (bakteriya növü) ilə mübarizə üçün yeni üsul hazırlayıblar.

Tədqiqatın müəllifləri amerikalı mütəxəssislərdir.

Onlar bakteriyaların qoruyucu qabığını məhv edən hibrid antikor hazırlayıblar.

Metod artıq “Staphylococcus aureus” ilə yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Nəticədə məlum olub ki, SM1B74 adlı molekul böyrək zədələnməsindən 62-70% qoruya bilir, adi antikorlar isə bu vəzifəni cəmi 2% yerinə yetirir.

Bioloqların fikrincə, tədqiqat gələcəkdə xəstəxanadaxili infeksiyalarla mübarizə aparmağa kömək edəcək.

aztibb.az

JURNALLAR
Faydalı linklər