Xəbərlər
Foto
Elmi Şuranın iclası keçirilmişdir
Mart 07, 2017 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 3743 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev acdı.

Öncə akademik institut rəhbərliyi adından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə institutda çalışan qadınları təbrik edərək onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzuladı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzlərini tanış etdi və  bildirdi ki, bu il qəbul planına uyğun olaraq institutun doktoranturasına fəlsəfə doktorluğu üzrə beş, elmlər doktorluğu hazırlığı üzrə isə üç nəfər qəbul olunub.

Sonra elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların mövzuları elmi rəhbər və məsləhətçilərin iştirakı ilə geniş müzakirə olunaraq təsdiq olundu. Akademik Dilqəm Tağıyev təklif olunan mövzularla bağlı təklif və tövsiyyələrini verdi. 

JURNALLAR
Faydalı linklər