Xəbərlər
Dmitri Mendeleyev (1834 - 1907)
Apr 19, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 573 dəfə

Tanınır: Kimyəvi elementlərin dövri cədvəlinin işləyib hazırlanması ilə.

Ən yüksək mükafatlar: Devi Medalı (1882) və mühazirələrə görə Faradey mükafatı (1889)

Alimlər elementləri 1700-cü illərin əvvəllərində kəşf etməyə başlasalar da, müxtəlif  maddələri  qeyd etmək  üçün vahid lüğət yox idi. 1863-cü ilə qədər hər il bir element müəyyən edilməklə 56 element məlum idi. 1869-cu ildə kimyaçı Dmitri Mendeleyev rəsmi məruzə ilə Rusiya Kimya Cəmiyyətində  çıxış etdi. Elementləri atom çəkisi və valentliyinə görə təsvir etdi. Sadə dillə desək, o, sonradan Mendeleyevin dövri cədvəli kimi tanınan məlum elementlərin cədvəl formasında sxemini təqdim etdi. Mendeleyev cədvəlinin unikallığı ondan ibarət idi ki, o, hələ kəşf edilməmiş elementlər üçün yerlər ayırmışdır. O, artıq bu kəşf edilməyən elementlərin atom kütlələrini və kimyəvi xassələrini qabaqcadan xəbər vermişdi.

new-science.ru

 

JURNALLAR
Faydalı linklər