Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Evrika liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirildi.
Apr 20, 2023 | 10:24 / Təhsil
Oxunub 2075 dəfə

M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Genc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ile Evrika liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirildi.

Şagirdlər institutun Analitik kimya, Katalizatorların hazırlanması və Nanokompozit katalizatorlar laboratoriyalarında olmuş, orada aparılan elmi tədqiqat  işləri haqqında məlumatları dinləmiş, onlar üçün maraqlı olan təcrübələr laboratoriya əməkdaşları tərəfindən nümayiş etdirilmişdir.

Bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasından ibarətdir.

JURNALLAR
Faydalı linklər