Xəbərlər
Rusiya alimləri müdafiə sənayesi məhsulları üçün ən davamlı strukturu olan kompozit müəyyən ediblər
Mart 28, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 544 dəfə

Rusiya Elmlər Akademiyasının Maşınqayırma Problemləri İnstitutunun alimləri keramika və qrafen kompozitlərinin hansı strukturunun çatlamağa qarşı daha davamlı olduğunu müəyyən ediblər. Qrafen maddələrin davamlılığını artırmaq üçün ən perspektivli materiallardan biridir. O,karbon atomlarının altıbucaqlılarından əmələ gələn kristal qəfəsə malikdir. Qrafen yaxşı istilik keçiriciliyi, elastikliyi və davamlılığı ilə fərqlənir. Materialı çox nazik olsa da, dünyada ən davamlı struktur hesab olunur.

Sankt-Peterburq alimlərinin araşdırmaları göstərdi ki, qrafen lövhələrin “yan” ölçüləri kifayət qədər böyük, həmçinin keramik  matrisinin zərrəciklərinin ölçüsü işə kifayət qədər kiçik olduğu halda keramika və qrafen kompozitlərinin yüksək təsir qatılığına nail olmaq olar .

Hazırda alimlər keramikanın möhkəmlik xüsusiyyətlərinə cavabdeh olan digər mühüm komponenti - onun məsaməliliyini öyrənməyi planlaşdırırlar.

Araşdırmanın nəticəsi elmi jurnallardan birində dərc olunub.

poisknews.ru

 

JURNALLAR
Faydalı linklər