Xəbərlər
Rusiya kimyaçıları fiziki xassələri dəyişdirilə bilən qeyri-adi molekulyar kristallar sintez ediblər
Mart 14, 2023 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 596 dəfə

Rus alimləri temperaturun təsiri nəticəsində maqnit xassələri və kristal quruluşu ilkin vəziyyətə qayıda bilən yeni, havaya qarşı davamlı olan kobalt birləşməsini sintez ediblər. Bu birləşmə monoion maqnitlərin xassələrinə  malikdir - onlara əsaslanan materiallar molekulyar sensorlar və prinsip etibarilə yeni məlumat saxlayan qurğuları yaratmaq üçün istifadə edilə bilər.

Molekulyar materialların yenidən işlənməsi fiziki xassələri işıq, elektrik sahəsi, temperatur və təzyiq kimi xarici təsirlərlə idarə oluna bilən son zamanlar molekulyar cihazlarda - kvant kompüterlərində, sensorlarda, həddindən çox informasiya saxlama sistemlərində potensial tətbiqinə görə diqqəti cəlb edirlər. Belə yüksək texnologiyalı materialların əsasını koordinasion metal-üzvi  birləşmə təskil edir.

​​Alimlər kobalt  ətrafında uzun karbon karkası olan  molekul yerləşdirməyi təklif etdilər, onun hərəkətliliyi bütün molekulun strukturunun və onun maqnit xassələrinin dəyişməsinə səbəb ola bilir.

Yeni maddənin monokristallarının sintezi və izolyasiyası problemi həll edildi. Onun strukturunu təyin edərək, temperaturun təsiri altında birləşmənin molekulyar quruluşunun dəyişdiyi, kristallığının isə qorunduğu aşkar edildi. Kobalt ionunun mühitini dəyişdirməklə materialın fiziki xassələrinə nəzarət etmək üçün effektiv vasitə əldə edildi.

Məqalə “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

mendeleev.info

JURNALLAR
Faydalı linklər