Xəbərlər
Havadan enerji almağın metodu kəşf edilib
Mart 13, 2023 | 11:19 / Maraqlı məlumatlar
Oxunub 608 dəfə

Monaş Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi bir qrup alim havadan sözün əsl mənasında enerji hasil etmək üçün yeni üsul icad ediblər

Araşdırma "Nature" jurnalında dərc olunub. Alimlər bildiriblər ki, enerjini birbaşa havadan əldə etmək üçün “Huc” adlı bakteriya fermentindən istifadə etmək kifayətdir.

Bu ferment “Mycobacterium smegmatis” bakteriyasından alınır. Fermentin həssaslığı o qədər yüksəkdir ki, o, hidrogeni tutmağa kifayət qədər qadirdir, gələcəkdə hətta məişət cihazlarını da doldura biləcək enerji əldə etmək mümkün olacaq.  

Bu prosesin effektivliyi oksigen konsentrasiyasından asılı deyil, yəni “Huc” oksigenə həssas olmayan bir fermentdir. Uzun müddət saxlanıla bilər, həmçinin dondurulur və enerji yaratma bacarığını itirmədən 80 dərəcə Selsiyə qədər qızdırılır. 

Bu ferment tam başa düşülməsə də, elm adamları onun potensialına əmindirlər. Yeni metodun unikallığı həm də ondan ibarətdir ki, belə bir fermentin çatışmazlığı olmayacaq, çünki onları əmələ gətirən bakteriyalar geniş yayılmışdır və çoxlu miqdarda yetişdirilə bilər. 

JURNALLAR
Faydalı linklər