Xəbərlər
Milli Tədqiqat Nüvə Universiteti (MTNU ) və Moskva Mühəndislik Fizika İnstitutu (MMFİ ) mürəkkəb qarışıqların tərkibinin dəqiqliyinin təyin edilməsi üsulunu tapdılar.
Fev 20, 2023 | 10:34 / Maraqlı məlumatlar
Oxunub 615 dəfə

Kütlə spektrometri ilə qaz xromatoqrafiyası  metodunun  əsas  analiz mərhələsi adətən elektron təsir üsulu ilə ionlaşmadır.

“Elektron ionlaşmasının məlum üstünlüklərinə baxmayaraq, onun çatışmazlığı kövrək molekulları olan bəzi sinif birləşmələrin molekulyar ionlarının nəzarətsiz parçalanma-sıdır.Məsələn alkanlar çox tez parçalanırlar, hətta spekterdə bütöv molekulun piki demək olar ki, olmur. Bu isə məlum olmayan maddənin identifikasiyasını çətinləşdirir və metodun həssaslığını azaldır.

Tədqiqatçılar  kapilyar quraşdırma vasitəsilə əmələ gələn molekulyar axında  elektron ionlaşmasının kifayət qədər asan həyata keçirilməsi üsulunu təklif etdilər.

Təcrübələr nəticəsində  alimlər adi şəraitdə elektron təsirli ionlaşmanın istifadəsi ilə müqayisədə müxtəlif birləşmələr üçün molekulyar pikin nisbi artımının 5-20 dəfə olduğunu müşahidə etdilər.

Araşdırmanın nəticələri yüksək reytinqli Talanta elmi jurnalında dərc olunub.

nanonewsnet.ru

JURNALLAR
Faydalı linklər