Fev 20, 2023 | 10:34 / Maraqlı məlumatlar
Kütlə spektrometri ilə qaz xromatoqrafiyası metodunun əsas analiz mərhələsi adətən elektron təsir üsulu ilə ionlaşmadır.
“Elektron ionlaşmasının məlum üstünlüklərinə baxmayaraq, onun çatışmazlığı kövrək molekulları olan bəzi sinif birləşmələrin molekulyar ionlarının nəzarətsiz parçalanma-sıdır.Məsələn alkanlar çox tez parçalanırlar, hətta spekterdə bütöv molekulun piki demək olar ki, olmur. Bu isə məlum olmayan maddənin identifikasiyasını çətinləşdirir və metodun həssaslığını azaldır.
Tədqiqatçılar kapilyar quraşdırma vasitəsilə əmələ gələn molekulyar axında elektron ionlaşmasının kifayət qədər asan həyata keçirilməsi üsulunu təklif etdilər.
Təcrübələr nəticəsində alimlər adi şəraitdə elektron təsirli ionlaşmanın istifadəsi ilə müqayisədə müxtəlif birləşmələr üçün molekulyar pikin nisbi artımının 5-20 dəfə olduğunu müşahidə etdilər.
Araşdırmanın nəticələri yüksək reytinqli Talanta elmi jurnalında dərc olunub.