Xəbərlər
Nanomaterialların katalitik xüsusiyyətlərini necə proqnozlaşdırmaq olar
Fev 13, 2023 | 11:20 / Maraqlı məlumatlar
Oxunub 622 dəfə

Bir az nanozimlər və onların tətbiqi haqda.

Substrata görə yüksək katalitik aktivliyə və spesifikliyə malik təbii fermentlər sənayedə, tibbdə, biologiyada və s.istifadə edilir. Perspektivli olsa da, onların tez-tez yüksək qiymət, aşağı işlətmə sabitliyi və utilizasiya çətinlikləri kimi çatışmazlıqları vardır.

Bu nöqsanları aradan qaldırmaq üçün alimlər uzun müddətdir ki, fermentlərin süni təqlid edicisi üzərində araşdırma aparırdılar. 2007-ci ildə xardala xas peroksidazaya  bənzər fəaliyyəti ilə ferromaqnit nanohissəciklərin kəşfindən  sonra, növbəti onillikdə davamlı olaraq nanozimlər üzrə geniş tədqiqatlar aparılırdı.

Nanozimlər- fermentativ - katalitik xassələrə malik nanomaterialların bir növüdür.Təbii fermentlərlə müqayisədə nanozimlər sənayedə, tibbdə və biologiyada geniş istifadə olunur və aşağı dəyər, yüksək dayanıqlıq , davamlılıq kimi üstünlüklərə malikdir. Mümkün katalitik mexanizmlərin dərindən başa düşülməsi fermenti təqlid edən xassələrə  malik yeni nanomaterialların alınmasına imkan verəcək.

Hazırda əsasən peroksidaza, katalaza və oksidazanın xassələrini reproduksiya edən nanozimlər fəal şəkildə işlədilir və öyrənilir.

Bu layihənin məqsədi təkcə nadir nanozimlərin aktivliyinin proqnozlaşdırılması deyil, həm də yalnız bir təcrübə əsasında yeni materialların kəşf edilməsidir.

nanonewsnet.ru

 

JURNALLAR
Faydalı linklər