Xəbərlər
Əziz Sancarın yeni kəşfi sayəsində xərçəngin qarşısını alan dərman hazırlanacaq
Yan 25, 2023 | 14:35 / Maraqlı məlumatlar
Oxunub 668 dəfə

Türkiyədə aparılan araşdırmaya görə, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın kəşfi xərçəngin qarşısını ala bilən dərmana çevrilə bilər. Dünyada ilk olan bu araşdırma xərçənglə mübarizədə yeni bir yol açacaq.

Hüceyrələrin DNT mexanizminin xəritəsini tərtib etdiyinə görə 2015-ci ildə Nobel mükafatı almış ilk türk alimi olaraq tarixə düşən prof. Əziz Sancarın başqa bir araşdırmasından əldə edilən nəticələrə əsasən xərçəngin müalicəsində istifadə oluna biləcək potensial dərman hazırlanacaq.

Xərçəngə qarşı “qoruyucu mələk” adlandırılan və hüceyrələrin nəzarətsiz çoxalmasının qarşısını alan p53 geninin olmaması bütün xərçənglərin yüzdə 50-ni təşkil edir.

Prof. Ə.Sancarın araşdırmasına görə, p53 geninin mutasiyaya uğradığı hüceyrədə bioloji saatımızı tənzimləyən mexanizmlərdən biri olan 'CRY' adlı zülal silindikdə xərçəngin inkişafının qarşısı alınır. Çünki CRY məhv edildikdə canlı orqanizmdə xərçəng hüceyrəsini “öz-özünə ölüm”ə aparan digər yollar aktivləşir və şiş meydana gəlmədən qarşısı alınır. Bununla belə, türkiyəli alimin heyvanlarda 'genetik müdaxilə' ilə etdiyi bu işi insanlara tətbiq etmək, yəni CRY zülalını genetik yolla məhv etmək mümkün deyil.

Yeni kəşf 5-6 il ərzində xərçəng əleyhinə dərman kimi istifadə edilə bilər.

aztibb.az

JURNALLAR
Faydalı linklər