Xəbərlər
Dəfnə yarpağının faydaları və müalicəvi xüsusiyyətləri
Noy 16, 2022 | 11:37 / Maraqlı məlumatlar
Oxunub 2119 dəfə

Dəfnə yarpağı ən dadlı qida qatqılarından sayılır. Onun özünəməxsus ətri qida dadlandırıcısı kimi bütün dünya mətbəxində istifadə olunur. Buna səbəb isə dəfnə yarpağının tərkibində ətirli efir yağlarının olmasıdır.

Dəfnə yarpağının tərkibində orqanizm üçün vacib sayılan dəmir, selen, manqan, sink var.

Dəfnə yarpağıın tərkibində A, B, PP, C vitaminləri var.

Dəfnə yarpağı güclü antiseptikdir.
Dəfnə yarpağının ən yaxşı müalicəvi xüsusiyyəti onun xərçəng hüceyrələrinə qarşı mübarizə apara bilməsidir.
Dəfnə yarpağı dəmləməsi orqanizmdən şlakların xaric olunmasına səbəb olur.
Dəfnə yarpağı həzmi sürətləndirir.
Dəfnə yarpağı dəmləməsinin göbələk əleyhinə təsiri çox böyükdür.
Dəfnə yarpağı dəmləməsi iştah açır.

Dəmləməsi yuxugətirici təsir göstərir.

Yer kürəsində kulinariyada ən çox istifadə edilən məhsuldur.

Qanda şəkərin miqdarımnı aşağı salmaq qabiliyyəti vardır.
Qulağın iltihabı zamanı 5 ədəd dəfnə yarpağı 1 stəkan suda qaynadılır, 2 saat sonra istifadə edilir. Dəfnə yarpağı dəmləməsi gündə 3-4 dəfə olmaqla hər qulağa 3 damcı tökülür.Müalicə dövründə gündə 3-5 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
Haymorit xəstəliyi zamanı xeyli miqdarda dəfnə yarpağı suya tökülür və ağzı qapalı qazanda uzun müddət qaynadılır. Sonra qazan odun üstündən götürülür və buxar burun vasitəsilə daxilə çəkilir. Bu zaman xəstə başını dəsmalla örtməli və həmin gün evdən çıxmamalıdır.

 

JURNALLAR
Faydalı linklər