Xəbərlər
Kimyaçılar təkrar dondurulmuş məhsullar təyin etmək üçün tərkibi təhlükəsiz olan sensor hazırlayıblar
Noy 15, 2022 | 10:49 / Maraqlı məlumatlar
Oxunub 754 dəfə

Məhsulları alarkən onların saxlanması və daşınması şərtlərinə nə qədər ciddi riayət olunduğunu söyləmək həmişə mümkün olmur.Ola bilər ki, onlar satışdan əvvəl məhsulu əridib və təkrar olaraq dondurulublar ki, bu da təkcə dad və teksturaya deyil, həm də belə yeməyin təhlükəsizliyinə təsir göstərə bilir. Bu problemin həllinə orijinal yanaşma, İtaliya Texnologiya İnstitutunun kimyaçıları tərəfindən təklif edilmişdir.

Rus alimləri adi yeməli maddələrdən duz, meyvə tərəvəz şirələri və arı mumundan yeməklərin donunun açılması barədə siqnal verən və orqanizm üçün tam təhlükəsiz olan sensor hazırlayıblar. Nümayiş olunan konseptlər müəyyən bir temperaturdan yuxarı qızdırıldıqda rəngini dəyişir və komponentlərin xüsusi dəstindən asılı olaraq bu sərhəd müxtəlif səviyyələrdə - sıfırdan mənfi 500 C  qədər təyin edilə bilir.

Orijinal cihazda duz, tərəvəz, meyvə şirələri və digər qida üçün inqrediyentlərdən istifadə edili və əgər , məhsul anbarda satılmazdan əvvəl əridilib yenidən dondurulubsa, rəngi dəyişir.

Cihaz elektrolit məhlulu ilə doldurulmuş bir qalvanik qəfəsdir. Elektrolit məhlul kimi mətbəx duzu, üzüm ,alma suyu və duzlarla doymuş digər içiləli mayeləri götürmək olar. Onların dəstindən asılı olaraq sistemin temperatur həssaslığı da dəyişir. Bu  qəfəs   qırmızı kələm suyu olan ikinci, ionoxrom ilə bağlıdır. Bunu etmək üçün ən incə qalay və qızıl elektrodlardan istifadə edilir. Həm qəfəslərin özləri, həm də bütövlükdə bütün sistem arı mumuna yerləşdirilir.

Məqalə ACS Sensors jurnalında dərc edilib.

https://indicator.ru/chemistry-and-materials/rossiiskie-khimiki-sdelali-vodoottalkivayushuyu-cellyulozu-iz-borshevika-sosnovskogo-18-10-2022.htm

JURNALLAR
Faydalı linklər