Xəbərlər
Neft emalı üçün membran
Okt 24, 2022 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 811 dəfə

Komponentlərin mexaniki şəkildə ayrılması üçün istilik tələb edilmir, buna görə də bu prosesə daha az enerji lazımdır və üstəlik ayırma zamanı heç bir tullantı baş vermir. Ancaq bu metodun bir ciddi çatışmamazlığı var ki, o da  yüngül  karbonların membranlardan  çox yavaş keçməsidir. Buna görə də alimlər onun təkmilləşdirilməsi məsələsi ilə məşgul olmağı məqsədəuyğun  hesab etdilər.

Karbonun membrandan keçməsi prosesini sürətləndirmək məqsədilə onlar suyun duzsuzlaşdırması üçün membranların sənaye istehsalında nəzərdə tutulmuş texnologiyasından istifadə etdilər. Buna faza arası polimerləşmə deyilir. Alimlər ümid edirdilər ki, yüngül karbonların məsamələrdən keçməsi daha nazik membranların istifadəsi ilə sürətlənəcək. Lakin təcrübə göstərdi ki, karbohidrogenlərin təsiri altında membranlar  sürətlə məhv olur.

Onda polimerlərin dəyişdirilməsi qərara alındı. Nəticədə, aqressiv mühitə davamlı olan köpüklü strukturlu membran hazırlamaq mümkün oldu və eyni zamanda, yüngül karbonlar qabarcıqların arasından  (veziküllərdən) 10 dəfə daha sürətlə keçdi. Amma ən əsası, alimlər tərəfindən hazırlanmış texnologiya istənilən ölçüdə vezikülləri olan membranlar yaratmağa imkan verdi. Yəni onların arasından müxtəlif karbohidrogenlər keçirmək mümkündür.

https://hi-news.ru/eto-interesno/ximiki-pridumali-kak-sdelat-pererabotku-nefti-ekologichnoj.html

JURNALLAR
Faydalı linklər