Xəbərlər
Alimlər kainatda indiyənə kimi müşahidə edilmiş partlayışlar arasında ən güclüsünü təyin ediblər
Okt 18, 2022 | 10:44 / Maraqlı məlumatlar
Oxunub 847 dəfə

Qamma şüalanmalar Böyük partlayışdan sonra kainatdakı ən güclü və parlaq enerji növlərindən biridir. Bir neçə gün bundan öncə isə alimlər qamma şüalanmalardan ən güclüsünü təyin ediblər. Təyin edilmiş qamma şüalanmanın gücü 2019-cu ildə müşahidə edilmiş qamma şüalanmadan 18 dəfə böyükdür. Müşahidə edilmiş yeni qamma şüalanmanın mənbəyi Yer kürəsindən 2.4 milyard işıq ili uzaqlığında yerləşir. Çox güman ki, söhbət, nəticədə qara dəliyə çevrilmiş ulduzun supernova partlayışından gedir. GRB 221009A adını əldə etmiş qamma şüalanma 9 oktyabr tarixində təyin olunub.

Halbuki, partlayış 1.9 milyard il bundan öncə baş verib. Nəticədə qamma enerjisinin şüası Ox bürcündən gəlib çatıb və alimlər onu 10 saat ərzində müşahidə edə biliblər. Bu, alimlər tərəfindən indiyənə kimi aparılmış bütün müşahidələr arasında ən uzun qamma şüalanması olub. Bundan əlavə olaraq GRB 221009A məlum olan qamma şüalanmalar arasında ən güclüsü olub. Bu cür hadisələrin enerjiləri adətən eV (elektron volt) ilə ölçülür. Lakin onlardan bəzilərinin gücləri 1 TeV-ə (tera elektron volt) kimi çatıb.

Müşahidə edilmiş yeni GRB 221009A qamma şüalanmasının gücü isə 18 TeV təşkil edib. Qara dəliklər yarandıqları zaman onlar hissəciklərdən ibarət çox güclü axınlar ifraz edirlər. Həmin axınlar işıq sürətinə yaxın sürət yığırlar. Qara dəlik tərəfindən ifraz edilən axınlar partlamış ulduzun qalıqlarından keçərək kosmosa rentgen dalğaları və qamma şüalanmaları yayırlar. Əgər onlar Yer kürəsinə istiqamətləniblərsə, alimlər onları parlaq partlayışlar kimi müşahidə edə bilirlər. Bu cür hadisələr çox nadir hallarda baş verir. Onlar 10 ildə və hətta 100 ildə bir dəfə baş verə bilərlər.

 

JURNALLAR
Faydalı linklər