Xəbərlər
Reaktor insanlar üçün təhlükəli olan “daimi kimyəvi maddələri” məhv edir
Okt 04, 2022 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 799 dəfə

Suda və torpaqda qalıcılıq qabiliyyətinə görə belə adlandırılan "Əbədi kimyəvi maddələr" molekulların xüsusi sinfidir. Onlar qida məhsullarının qablaşdırılmasından  tutmuş məişət kimyəvi maddələrə qədər  insanın gündəlik həyatında daim mövcuddur. Bu kimyəvi maddələr parçalanmadığı üçün insanların suyuna və qidasına daxil olur və bu, xərçəng  xəstəliyini və ya insanların nəsil artımının  azalmasına   səbəb olur. Bunlardan ən çox yayılmış ikisi PFOT(perftoroktan  turşusu)  və PFOST(perftoroktan  sulfon turşusu) -dur.

PFOST və PFOAT  kimi adi suda daimi  qalan kimyəvi maddələr ifrat kritik suda çox yüksək sürətlə parçalanar  heç bir ara məhsul buraxmadan  molekullar tamamilə məhv edilə bilər.Bu zaman zərərsiz maddələr (karbon qaz, su və flor duzları  kimi )alına bilər ki, bunlar da əksər hallarda sulara və diş məcunlarına əlavə olunur.

Vaşinqton Universitetinin tədqiqatçıları PFOT və PFOST məhv etmək üçün yeni üsul yaratdılar. Onlar  ifratkritik mayenin köməyi ilə məhv edilməsi çətin olan kimyəvi maddələri tamamilə məhv etməyə qadir olan reaktor yaradıblar. O yüksək temperatur və təzyiqdə əmələ gəlir.

Yeni texnologiya sənaye tullantılarının təkrar emalına kömək edəcək və ətraf mühitdə artıq mövcud olan qatılaşdırılmış kimyəvi maddələri həmişəlik  məhv edəcək. Bundan əlavə, təkrar emal köhnə  "ehtiyatlar" ilə işləmək üçün  də faydalıdır.

Tədqiqatın nəticələri Chemical Engineering Journal-da dərc olunub.

https://www.nanonewsnet.ru/news/2022/reaktor-unichtozhaet-vechnye-khimicheskie-veshchestva-kotorye-ugrozhayut-cheloveku

JURNALLAR
Faydalı linklər