Xəbərlər
Kimyaçılar mürəkkəb tərkibli oksid birləşmələrində qeyri-adi maqnit xassələrinin təbiətini tədqiq etdilər.
Sen 26, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 849 dəfə

REA-nın  N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun alimləri, ən məşhur  maqnetiklər olan piroxlor tipli quruluşa malik birləşmələr haqqında hazırda bilinən  məlumatları ümumiləşdirən fundamental araşdırma işini çap etdilər. Yeni oksid birləşmələrinin - tərkibində vismut və ya lantanid olan üçlü piroxlorların, eləcə də keçid elementlərinin maqnit xassələrinin öyrənilməsinin nəticələri beynəlxalq nəşriyyat  olan Elsevier tərəfindən nəşr olunub.

Piroxlor tipli quruluşa  malik birləşmələr elm və texnikanın müxtəlif sahələrində - bərk cisimli akkumulyatorlar üçün səmərəli ion keçiriciləri kimi, ifratkeçirici maqnit və yarımkeçiricilərdə, qalın divarlı  rezistorlarda və kommutasiya elementlərində geniş istifadə olunur.

Tədqiqatçılar həmçinin keçid elementlərini  tərkibində saxlayan  sürmə, vismut və nadir torpaq elementlərinin mürəkkəb oksidləri əsasında müxtəlif tərkibdə yeni üçlü piroxlorlar  almışlar. Bu birləşmələrin bəziləri əvvəllər piroxlorlarda müşahidə olunmayan xüsusi maqnit xassələrinə malikdirlər.

Bununla yanaşı, icmalda son illərdə xarici müəlliflər tərəfindən əldə edilmiş üçqat maqnit piroxlorları haqqında eksperimental məlumatlar da verilir.

https://indicator.ru/chemistry-and-materials/khimiki-proanalizirovali-prirodu-neobychnykh-magnitnykh-svoistv-v-oksidnykh-soedineniyakh-slozhnogo-sostava-14-09-2022.htm

JURNALLAR
Faydalı linklər