Xəbərlər
Foto
Dissertasiya işinin şöbədə ilkin müzakirəsi keçirilmişdir.
Sen 14, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1817 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Memarlıq və İnşaat Universitetinin sabiq dissertantı Aytən Abdullayeva Saleh qızının 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Lantanoidlərin qalliumla qarışıq kationlu optiki həssas sulfid şüşələrinin məqsədli sintezi və xassələri” mövzusunda dissertasiya işinin şöbədə ilkin müzakirəsi keçirilmişdir. Əvvəlcə dissertasiya işi və onun nəticələri haqqında iddiaçı geniş məlumat vermiş, sonra isə dissertasiya işinə təyin olunmuş rəyçilər a.e.i.,k.ü.f.d., dos. Validə Rəhimova, a.e.i.,k.ü.f.d., dos. Faiq Məmmədov dissertasiya işi barəsində rəy, irad və təkliflərini bildirmişlər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmış və geniş müzakirədən sonra dissertasiya işinin Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun ED 1.15 Dissertasiya Şurasının Elmi Seminarına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir. 

Elmi rəhbər:  k.ü.e.d., professor İxtiyar Bəhrəm oğlu Bəxtiyarlı

İclasın sədri, a.e.i. k.ü.f.d. dos. Şərafət Məmmədov

JURNALLAR
Faydalı linklər