Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşən,Chemistry for sustainable development jurnalında dərc olunub.
Sen 05, 2022 | 10:20 / Nəşrlər
Oxunub 1342 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı elmi işçi, doktorant Gülnar Alışanlının "Precipitation of Aluminium Hydroxide by Hydrogen Peroxide from Natrium Aluminate Solutions" məqaləsi “Web of Science” bazasında indeksləşən,"Chemistry for sustainable development" jurnalında dərc olunub.  

Bu işdə xam alunitin qələvidə həlledilməsindən alınan natrium alüminat məhlullarından alüminium hidroksidin ekoloji cəhətdən təmiz reagent olan hidrogen peroksidlə çökdürülməsi şəraiti öyrənilmişdir. Kasıb alüminat məhlullarından H2O2 ilə alüminium hidroksidin çökməsinə təsir edən amillər (hidrogen peroksidin və qələvinin qatılıqları, hidrogen peroksidin və alüminat məhlullarının həcm nisbətləri, temperatur, vaxt, kaustik modul) araşdırılmış və optimal şəraitdə (>25 %; temperatur = 20-400C, Vməh=(5-20):20 ml, qələvinin qatılığı 42.33 q/l  (Na2O-ə görə) alüminat məhlulundakı alüminiumun ~95%-nin çökdürülməsinə nail olunmuşdur. H2O2 vasitəsilə alüminium hidroksidin çökdürülməsi və yenidən alunitin həllolması mərhələsinə qaytarılması üçün qələvinin (natrium hidroksidin) bərpası öyrənilmiş, digər üsullarla alüminium hidroksidin çökdürülməsi zamanı ortaya çıxan bir sıra çətinliklər aradan qaldırılmışdır. Alınan nümələrin xassələri RFA, SEM/EDS  analizləri vasitəsilə təsdiqlənmişdir. 

Açar sözlər: hidrogen peroksid, alüminium hidroksid, yaşıl reagent, qələvi, kaustik modul 

G. I. ALYSHANLY Precipitation of Aluminium Hydroxide by Hydrogen Peroxide from Natrium Aluminate Solutions  // Chemistry for sustainable development (ISSN 1817-1818) Vol. 30 № 4 (2022). DOI: 10.15372/KhUR2022388

NATRİUM ALÜMİNAT MƏHLULLARINDAN ALÜMİNİUM HİDROKSİDİN HİDROGEN PEROKSİDLƏ ÇÖKDÜRÜLMƏSİ

G.İ. Alışanlı

Akademik M. Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu

JURNALLAR
Faydalı linklər