Xəbərlər
Alimlər azot oksidinin insan orqanizminə çatdırılma üsulunu təkmilləşdiriblər.
İyl 25, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1045 dəfə

Xəstənin orqanizminə azot monoksidlinin  komplekslərinin çatdırılması vasitəsilə  ürək-damar xəstəliklərinin müalicəsi üçün dərmanların təkmilləşdirilməsində  və kimya-terapiyanın  səbəb olduğu kardiotoksikliyin azaldılmasında istifadə edilə bilər. Onun orqanizmə çatdırılma orijinal metodu Rusiya Elmlər Akademiyasının Kimyəvi Fizika Problemləri İnstitutunun  və Moskva Dövlət Universitetinin Fundamental Fizika və Kimya Mühəndisliyi fakültəsinin bir qrup alimləri  tərəfindən verilmişdir.

Onlar azot monooksidin orqanizmə çatdırılması üçün stabilləşdirici komplekslər kimi zülallardan istifadə etməyi təklif ediblər.

Hesab edilir ki, xərçəng, hipertoniya, tromboz və bir çox digər xəstəliklər bu gün azot oksidinin  tənzimlədiyi  fizioloji proseslərin pozulması səbəbindən baş verir. Bu proseslər kimi : ürək-damar tonunun modulyasiyası, sinir impulslarının ötürülməsi, immun tənzimlənməsi və trombositlərin yığılması: trombositlərin qan laxtasına çevrilməsini və s. göstərmək olar.

Alimlər yeni nitrosil dəmir kompleksinin albumin (suda həll olunan sadə zülallar) tərəfindən sabitləşməsini tədqiq etdilər və onun donor fəaliyyətini  hüceyrə daxilində öyrəndilər.

Araşdırmanın nəticələri Dalton Transactions jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/uchenye-usovershenstvovali-sposob-dostavki-monooksida-azota-v-organizm-cheloveka-06-06-2022.htm

 

JURNALLAR
Faydalı linklər