Xəbərlər
AMEA-nın magistraturasında yay imtahan sessiyası və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb
İyl 06, 2022 | 12:15 / Təhsil
Oxunub 2021 dəfə

AMEA prezidentinin 26 may 2022-ci il tarixli 177 nömrəli sərəncamına əsasən AMEA-nın magistraturasında 1 iyun 2022-ci il tarixində başlanan yay imtahan sessiyası 5 iyul tarixində yekunlaşıb.

AMEA-nın 19 elmi müəssisəsində I kursda təhsil alan 108 magistrant ixtisas, ümumi və seçmə fənlərdən imtahan verərək sessiyanı müvəffəqiyyətlə başa vurublar.

AMEA prezidentinin 2 iyun 2022-ci il tarixli 186 nömrəli sərəncamına əsasən 2022-ci ilin iyun ayının 10-dan 30-dək AMEA-nın 14 elmi müəssisəsində II kursda təhsil alan 53 magistrant öz dissertasiya işlərini müdafiə edib. Onlardan 33 nəfəri oxuduqları müddət ərzində təhsillərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülüblər.

JURNALLAR
Faydalı linklər