Xəbərlər
Foto
AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların imtahan sessiyası uğurla davam edir.
İyn 24, 2022 | 13:48 / Təhsil
Oxunub 2248 dəfə

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların 2021/2022-ci tədris ili üzrə yay imtahan sessiyası 2022-ci il iyun ayının 1-dən 2022-ci il iyul ayının 5-dək keçirilməsi planlaşdırılmışdır.         

23-24 iyun tarixində “Qeyri üzvi kimya” ixtisaslaşması üzrə “Faza diaqramlarının termodinamiki analizi və 3D modelləşdirilməsi” fənnindən (müəllim k.e.d.,prof.Asif Məmmədov) və “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə “Fotokimyəvi və zəncirvari reaksiyalar” fənnindən (müəllim k.ü.f.d.,dos. Lətifə Həsənova) və “Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə “Smart polimerlər” fənnindən (müəllim k.e.d., Nizami Zeynalov) imtahanlar  keçirildi.   

 

JURNALLAR
Faydalı linklər