İyn 24, 2022 | 11:00 / Maraqlı məlumatlar
ABŞ tədqiqatçılar qrupu materialın səthini dəyişdirən cihaz ixtira ediblər ki, o, adi metalları daha nadir nəcib metallar kimi özünü aparmağa məcbur edir və kimyəvi reaksiya üçün katalizator rolunu oynayır. “Katalitik kondensatör” adlanan cihaz praktikada sübut edib ki, elektron üsulu ilə modifikasiya edilmiş materiallar daha sürətli və effektiv kimyəvi proseslərə gətirib çıxara bilər.
Son əsrdə kimya sənayesində unikal səth xüsusiyyətlərinə malik olan nəcib metallardan - rutenium, platin, rodium, palladiumdan geniş şəkildə istifadə edilir. Bu elementlərin həm metallar, həm də metal oksidləri kimi fəaliyyət göstərmə qabiliyyəti onları kimyəvi reaksiyaları idarə etmək üçün əvəzolunmaz edir. Lakin bütün dünyada bu metalların ehtiyatları məhduddur.
Professor Paul Dauenhauer yazır ki,:"Atomlar elektronlarının sayını çətin dəyişir, lakin biz katalizatorun səthindəki elektronların sayını tənzimləməyə imkan verən katalitik kondensatör icad edir".Bu isə kimyəvi prosesləri idarə etmək üçün bizə tamamilə yeni imkanlar açır və mövcud olan materialları özünü nəcib materiallar kimi aparmağa məcbur edir".
Cihaz katalizator səthində elektronları hərəkət etdirmək və sabitləşdirmək üçün nanometr qalınlığında nazik təbəqə birləşməsindən istifadə edir. Bu quruluşun unikal mexanizmi kimyəvi çevrilmə üçün uyğun olan səthlərdə elektronların sürətli axını təmin etmək üçün metalların və metal oksidlərinin qrafenlə birləşməsinə imkan verir.
Alimlərin kəşfi bərpa olunan enerjini saxlamaq və istehsal etmək və ya ekoloji cəhətdən təmiz materiallar hazırlamaq üçün nəcib olmayan metal katalizatorlarından istifadə etməklə yeni katalitik texnologiyalara şərait yaratmaqdan ibarətdir. Müəlliflər ixtiralarını patentləşdiriblər və artıq onun kommersiyalaşdırılması üzərində işləyirlər.