Xəbərlər
Foto
Xətai rayonu 249 № li orta məktəbin 8 və 9-cu sinif şagirdləri Kataliz və Qeyri –üzvi Kimya İnstitutunda
İyn 09, 2022 | 11:58 / Təhsil
Oxunub 2415 dəfə

Kataliz və Qeyri –üzvi Kimya İnstitutunda Xətai rayonu 249 № li orta məktəbin 8 və 9-cu sinif şagirdləri “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi” və “Analitik kimya” laboratoriyaları ilə tanış olmuşlar. Burada onlara mövcud olan qurğu və müasir cihazlar haqqında məlumat verilmiş, bidistillə suyun alınması, axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğularla ətraflı tanış olmuşlar. Məktəblilər Fotoelektrokolorimetrik və xromatoqraf cihazlarının iş prinsipi haqqında müəyyən bilgilər almış, sonra isə şagirdlərə “Analitik kimya” laboratoriyasının işçiləri tərəfindən kimya gecələri üçün nəzərdə tutulan maraqlı reaksiyalar əyani şəkildə göstərilmişdir.

JURNALLAR
Faydalı linklər