Xəbərlər
Karbon dənizindəki metal nano-aysberqlər kimyəvi reaksiyaları sürətləndirməyə kömək etdi.
İyn 06, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1068 dəfə

Rusiya alimləri yüksək aktivliyə malik metal-karbon katalizatorlarının sintezi üçün yeni üsul təklif ediblər – bunun üçün metal nanohissəcikləri qrafitə bənzər ifrat təmiz karbona batırılır. Təklif olunan sintez üsulu universaldır, əlverişlidır və asanlıqla idarə olunur. Karbonun nazik məsaməli təbəqəsi sayəsində alınan sistemlər aktiv metalların yuyulmasından qorunur və buna görə də bir neçə dövr işləyə bilir.

Metalların kimyəvi prosesləri sürətləndirməsi çoxdan məlumdur, lakin katalizatorda yal-nız onlardan istifadə etmək çox bahadır, ona görə də onları  tez-tez karbonun səthinə püskürdürlər. Bu vaxt mühümdür ki,hər iki komponent çox təmiz olsun, əks halda reak-siyalar "səhv"istiqamətdə  gedəcəkdir. Bundan əlavə, metal səth üzərində  möhkəm dur-malıdır, əks halda ilk təsirdən sadəcə olaraq yuyular, yəni katalizator birdəfə  istifadə edilə bilər. Müasir katalizin qarşısında duran əsas məsələlər bunlardır: reaksiyanın ciddi şəkildə verilmiş istiqamətdə getməsini və başqa proseslərin olmaması; həmçinin katali-zatorun mümkün qədər uzun müddət xidmət etməsi və ucuz olması.

Rusiya alimləri karbon üzərində metal nanohissəcikləri əsasında katalizatorların sintezi üçün orijinal üsul təklif etdilər.

Müəlliflər kalsium karbidi müxtəlif metal duzları ilə qarışdırıb, xlor axınında qızdırıblar. Bu təsir nəticəsində metal duzları təmiz metallara, kalsium karbid isə yüksək təmizlikli karbona qədər parçalandı. Maraqlıdır ki, metal hissəcikləri karbonu  əridir və qismən onun içinə batır: bir növ karbon dənizində metal aysberqlər alındı. Üstəlik, nazik (yalnız bir neçə atom qalınlığında) karbon təbəqəsi metal təpələri örtür,metalı  möhkəm tutur və səthdən çıxmasına mane olur. Belə sistemlər yuyulmaya qarşı davamlı olub uzun müddət işləyə bilir.

Metod universaldır: karbon üzərində palladium, platin, qızıl, gümüş, mis və bir çox başqa metallar, hətta onların ərintiləri də əldə edilmişdir.

Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən işin nəticələri “Journal of Catalysis”də dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/metallicheskie-nanoaisbergi-v-uglerodnom-more-pomogli-uskorit-khimicheskie-reakcii-21-04-2022.htm

 

 

JURNALLAR
Faydalı linklər