Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda SOCAR TURKEY Research & Development and İnnovation. İnc. ilə birgə elmi tədqiqatların təşkili və aparılması ilə əlaqədar müzakirələr aparılıb
İyn 02, 2022 | 15:25 / Konfranslar, iclaslar
Oxunub 2582 dəfə

01.06.2022-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQKİ) SOCAR TURKEY Araştırma Geliştirmə və İnnovasiyalar şirkətinin bir qrup əməkdaşı ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən – AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev, icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, elmi işlər üzrə katibi, kimya üzrə elmlər doktoru Mina Munşiyeva, şöbə müdiri, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, laboratoriya müdiri, kimya elmləri doktoru, professor Etibar İsmayılov və SOCAR TURKEY RDİ İnc. tərəfindən Genel müdir Dr.Bilal Guliyev, İnnovasion və Global Ar-Ge Girişimleri direktoru Dr. Maqsud Mammadov, İnnovasyon və Pazar Geliştirmə Yöneticisi, Dr. Alp Alparslan, Proses Geliştirme Kidemli Uzmanı Dr. Aysel Zahidova, Özəl Projeler Kidemli Lideri, Dr. Ayhan Ezdeşir, Proses Geliştirme Yönetcisi Şahin Sarrafi, Proje Yönetim Ofisi Müdiri Hilal Aykac, Proses Geliştirme müdiri Başak Tuncer, Ürün Geliştirme Yöneticisi Bike Pashayeva iştirak etmişlər. Görüşün əvvəlində akademik Dilqəm Tağıyev İnstitutda son illərdə aparılan elmi-tədqiqat işləri barədə qısa məlumat verdi, sonra hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə müzakirələr aparıldı və birgə elmi fəaliyyətin təşkili qərara alındı.

JURNALLAR
Faydalı linklər