Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Alifatik dikarbon turşuları və mürəkkəb efirləri” adlı kitabı işıq üzü görüb.
İyn 01, 2022 | 12:47 / Nəşrlər
Oxunub 1363 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları b.e.i., k.ü.f.d. Bilqeys İsmayılova, k.e.d., prof. Arif Əfəndi və akademik Dilqəm Tağıyevin “Alifatik dikarbon turşuları və mürəkkəb efirləri” adlı kitabı işıq üzü görüb. 

Təqdim olunan kitabda müvafiq dikarbon turşuları və onların mü­rəkkəb efirləri barədə məlumatlar verilmişdir. İlk dəfə olaraq malein, mono- və dixlormalein anhidridlərinin C14 və C8–C10 alifatik spirttlərlə efirləşmə reak­siyasının aparılması, efirləşmə reaksiya­larında yüksək aktivliyə malik seolit katalizatorlarının seçilməsi, prosesin kinetik qanunauy­ğun­luq­larının və mexaniz­mi­n­in müəy­yən edilməsi ilə yanaşı kinetik modelin tərtibinə həsr olun­muşdur. Efirləşmə pro­sesi həyata keçrilərək çox qiymətli və geniş tətbiq olunan maddələr mürəkkəb efirlər alınmışdır. Alınmış birləşmələr tər­ki­binin çoxfunksiyalı olmasına görə bir çox poliefirlərin, bioloji aktiv birləşmələrin, dərman maddə­lərinin, plastifikatorların, boyaların və onlara əlavə­lər edilən maddələrin alınma­sın­da və bioloji aktiv birləş­mə­lər kimi istifadə oluna biləcəklər. Alınmış birləşmələrin antibakterial xassələri öyrənil­­miş və sonrakı tədqiqatlar üçün tövsiyə edilmişdir.   

"Alifatik dikarbon turşuları və mürəkkəb efirləri" B.A.İsmayılova, A.C.Əfəndi, D.B.Tağıyev. Elm nəşriyyatı, 2022, 189 səh.

JURNALLAR
Faydalı linklər